Vaqif Cavadovdan Mertezakerə 1 aylıq “istirahət”
09.09.2010 - 14:16
Vaqif Cavadovdan Mertezakerə 1 aylıq “istirahət”
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya və Azərbaycan yığmalarının oyununda zədələnən Per Mertezakerin meydana qayıdacağı tarix dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 21 yaşlı hücumçumuz Vaqif Cavadovun dirsək zərbəsi ilə vuraraq almacıq sümüyünü qırdığı almaniyalı müdafiəçi 1 aydan sonra meydana çıxa biləcək.

Zədə Bundestimin və “Verder”in üzvünün seçmə mərhələ çərçivəsində oktyabrın 8-də Türkiyə ilə oyunda milli komandasına kömək etməsində də problem yarada bilər.