Yığmamız “Neftçi” ilə “sülh” bağladı
09.09.2010 - 19:36
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Təbriz Həsənovun yetirmələri bu gün “Neftçi”nin 19 yaşadək futbolçulardan ibarət komandası ilə görüşüblər. Şağan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada qalib müəyyənləşməyib – 1:1. Yığmanın heyətində Nurlan Əhmədov fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0