Emil Mpenza: Onlara şəxsi vəsaitimlə kömək etməyə hazıram
09.09.2010 - 19:54
Bu gün Bakının "Neftçi" klubunun futbolçu, məşqçi və texniki heyəti müqəddəs Ramazan bayramı münasibətilə Bakı SOS Uşaq Kəndini ziyarət edib. Apasport.az saytının məlumatına görə, flaqman üzvləri kimsəsiz uşaqlarla görüşərək, onları təbrik edib və hədiyyələr bağışlayıblar. Klub rəsmiləri və futbolçular Uşaq Kəndinin nəzdində fəaliyyət göstərən "Sülh" komandasının üzvlərinə flaqmanın artibutlarını, eləcə də top, forma bağışlayıblar.
"Sülh" komandasının yeniyetmə futbolçuları isə həmişə mavi ekranda futbolçularla görüşdən məmnun qaldıqlarını gizlətməyiblər. Onlar gələcəkdə də "Neftçi"nin oyunlarını daha yaxından izləyəcəklərinə və flaqmanı dəstəkləyəcəklərinə söz veriblər.
"Neftçi"nin baş məşqçisi Arif Əsədov da uşaqlara xoş arzularını çatdırıb: "Ümid edirəm ki, buranı ziyarət etməyimiz uşaqlarda futbola həvəsi daha da artıracaq və onların peşəkar futbolçu kimi yetişməsinə stimul verəcək".
Komanda yoldaşları adından danışan yarımmüdafiəçi Elmar Baxşiyev isə kimsəsiz uşaqları nikbin olmağa çağırıb: "Siz bizim gələcəyimizsiniz. Buna görə də gələcəyə nikbin baxın. İnşallah, Allah hamınıza kömək olacaq!".
Tədbirə ailəsi ilə birgə qatılan braziliyalı Denis Silva uşaqlara xoşbəxtlik arzulayıb: "Hamınıza xoşbəxt gələcək, yaxşı ailə arzulayıram".
Belçikalı hücumçu Emil Mpenza isə uşaqlara şəxsi vəsaitindən kömək etməyə hazır olduğunu bildirib: "Əvvəlcə mən klub prezidenti Sadıq Sadıqov başda olmaqla "Neftçi" rəhbərliyinə bu təşəbbüsü həyata keçirdikləri üçün dərin minnətdarlığımı bildirirəm. Mən buraya gəldiyimizi eşidəndə çox sevindim. Çünki hər bir vətəndaş dünyanın hansı nöqtəsində olmasına baxmayaraq, daim kimsəsiz uşaqların yanında olmalıdır. Mən bundan sonra kimsəsizlərə öz şəxsi vəsaitimlə kömək etməyə hazıram".
Unibank Premyer Liqasının ən yaxşı bombardiri Bahodir Nasimov da öz fikrini bildirib: "Mən hər zaman yeniyetmələrin arxasındayam. Mən inanıram ki, onların içərisində gələcəyin böyük şəxsiyyətləri yetişəcək".
Mənbə: neftchifc.com

0
0