“Təkcə Azərbaycan yığması deyil, özümüzünkülərə qarşı da oynayırdıq”
09.09.2010 - 23:26
“Təkcə Azərbaycan yığması deyil, özümüzünkülərə qarşı da oynayırdıq”
“Bizə qarşı təkcə Azərbaycan yığması oynamırdı. Belə vəziyyətdə oynamaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Belarus yığmasının kapitanı Stanislav Draqun deyib.

Gənclər arasında Avropa çempionatının seçmə mərhələsinin son oyununda Azərbaycan milli komandasını 1:0 hesabı ilə məğlub edən belarusluların futbolçusu həmyerlilərinin münasibətindən narazıdır: “Özümüzünkülərə qarşı mübarizə aparırdıq. Şotlandiya ilə uğursuz oyundan sonra hamı gəlib təəssüfləndiyini bildirirdilər. İndi isə heç bir nəfər də yaxınlaşmadı. Məşqçilər heyətindən başqa heç kim maraqlanmadı ki, hanıs problemlərimiz var”.

Draqun problemlərin nədən ibarət olduğunu da gizlətməyib: “Hamı öz oyunçularını yığmaya salmaq istəyir. İşimizə burunlarını soxurlar. Azərbaycanla oyunun fasiləsində mənə xəbər gəlir ki, tribunadakı futbol adamları hesabın 0:0 olmasına sevinir, gülürlər. Belə də şey olar? Baş məşqçimiz Georgi Kondratyevə halaldır ki, belə şəraitdə dözüb işləyir. Az qala heyəti də onun əvəzinə müəyyənləşdirmək istəyirlər”.

Qeyd edək ki, seçmə mərhələdə ikinci yeri tutan Belarus Azərbaycan yığması üzərində qələbədən sonra pley-off mərhələsinə vəsiqə qazanıb.