Bakının “İnter” klubunun sabiq futbolçusu Şotlandiya çempionunun hədəfində
10.09.2010 - 09:09
Bakının “İnter” klubunun sabiq futbolçusu Şotlandiya çempionunun hədəfində
Bakının “İnter” klubunun sabiq futbolçusu Valdas Trakis karyerasını Şotlandiya Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Edinburqun “Hibernian” klubu litvalı hücumçunun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Con Hyuz 31 yaşlı futbolçunun dördqat Şotlandiya çempionuna lazım olduğunu bildirib: “Yay “transfer pəncərəsi”ndən yaxşı yararlana bildik. Lakin nə isə yenə çatmadı. Məncə, bu, Trakisdir. Belə mərkəz hücumçusu əsl bizə lazım olan oyunçudur. Özü də o, ingilis dilini də bilir ki, bu da əlavə üstünlükdür. Yaxın bir ildə onu heyətə qatmalıyıq”.

Qeyd edək ki, 2006/07 Bakının “İnter” klubunda çıxış edən Valdas bu yaxınlaradək Yunanıstanın “Panserraikos” komandasının şərəfini qoruyurdu.