“Neftçi”nin sabiq baş məşqçisi: O, özünü yekəxana aparırdı
10.09.2010 - 10:00
“Yığmanın son seçmə oyununda nümayiş etdirdiyi sürət heç başa düşülən deyildi. Futbolçular sanki yeriyə-yeriyə hərəkət edirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.
Çexiyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin Slovakiya ilə oyununda məğlub olan Rusiya yığmasını tənqid atəşinə tutub. Petrjela “Zenit” klubunda çalışdığı vaxtdan yaxşı tanıdığı Rusiya futbolunun lideri olan Andrey Arşavinin heç özünə bənzəmədiyini düşünür: “Arşavin isə özünü lap yekəxana aparırdı. Elə bil ki, o, dünya çempionudur. Demək olar ki, heç nə etmirdi, gözləyirdi ki, ona qaçmağa imkan versinlər. “Arsenal”ın oyunçusu üçün bu sadəlövhlükdür”.
Petrjela Sankt-Peterburq təmsilçisindəki xələfi Dik Advokatın da “bostanına daş atıb”: “Ən əsası isə elə bil ki, onları əvəz etməyə heç kim yox idi. Dik Advokat “Zenit”də çalışanda da belə deyirdi ki, ehtiyat qüvvə yoxdur. Başa düşmürəm ki, hollandiyalı indi nəyə ümid edir? Bəlkə elə bilir ki, yığmaya da oyunçu alacaqlar?”.
Qeyd edək ki, Petrjela 2007-ci sentyabrından 2008-ci ilin yanvarınadək “Neftçi”nin baş məşqçisi olub.

0
0