Yığmanın baş məşqçisini qovdular
10.09.2010 - 10:51
Yığmanın baş məşqçisini qovdular
Portuqaliya milli komandasının baş məşqçisi Karluş Keyruş istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, futbol federasiyasının rəhbərliyi iki ildir yığmaya rəhbərlik edən mütəxəssislə yollarını ayırmaq haqda qərar qəbul edib. Qurumun prezidenti Jilberto Madail də millidəki Keyruş dönəminin başa çatdığını təsdiqləyib: “Federasiya rəhbərliyi Karluş Keyruşla müqavilənin həmən dayandırılmasına qərar verdi. Yaxın zamanda yeni məşqçi axtarışlarına başlayacağıq”.

2008-ci ildə yığmanın baş məşqçisi postunda Luis Felipe Skolarini əvəzləyən Keyruş komandanı dünya çempionatının 1/8 finalına çıxara bilmişdi. Final mərhələsinə pley-offdan yüksələn yığma yaınız gələcək dünya çempionları İspaniya futbolçularına uduzaraq mundialla vidalaşmışdı.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası tərəfindən cəzalandırıldığı üçün Keyruş Avro-2012-nin ilk iki seçmə oyunu zamanı iş başında deyildi. Bu matçlarda onun yetirmələri Kiprlə heç-heçə edib (4:4), Norveçə (0:1) uduzmuşdular.
0