“Neftçi” ilə “Xəzər Lənkəran”ın ikihakimiyyətliyi davam edir
12.09.2010 - 20:54
“Neftçi” ilə “Xəzər Lənkəran”ın ikihakimiyyətliyi davam edir
Bu gün Unibank Premyer Liqasının V turunun daha 3 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, günün bütün qarşılaşmaları Bakıda baş tutub. Bu matçlar çempionata yeni lider bəxş edib.

Belə ki, bugünkü görüşədək “Neftçi” və “İnter”lə zirvəyə şərik olan “Xəzər Lənkəran” MOİK üzərində böyük hesablı qələbə qazanmaqla vahid liderliyə yüksəlib. Nominal qonaqların qapısına 3 cavabsız qol vuran Mirça Rednikin yetirmələri həm də “quru seriya”nı davam etdiriblər. Matçın taleyini 25 dəqiqəyə həll edən cənublularla görüşü “hərbçilər” isə matçı azlıqda bitirib. Bakılıların kapitanı Fərid Həşimzadə qırmızı vərəqə alıb.

Startdakı uğurdan sonra IV turda büdrəyən AZAL da növbəti qələbəsini qazanıb. Bu matçda da azarkeşlər 3 qol və qırmızı vərəqə görüblər. Mövsümdə ikinci dublunu rəsmiləşdirən Qvidas Yuşka bakılılara “Simurq” üzərində qələbə qazandırıb ki, bu dəfə o, penalti zərbəsindən də istifadə edib. Qonaqlar isə say üstünlüyü qazandıqdan sonra, son saniyələrdə fərqi minimuma endiriblər. “Təyyarəçilər” isə “Neftçi” və “İnter”ə çatıblar.

Günün son matçında da qırmızı vərəqə qeydə alınıb. Lakin ilk iki görüşdən fərqli “Bakı” – “Gəncə” oyununda cəzalanan 1 yox, 2 futbolçu olub. Doqquz nəfərlə qalmasına baxmayaraq Vinfred Şaferin yetirmələri matçdan 1 xalla ayrıla biliblər. “Gəncə” isə Premyer Liqata qayıtdıqdan sonra 4-cü matçını da “sülh”lə başa vurub.

Xatırladaq ki, V tura dünən baş tutan iki matçla start verilmişdi. İlk oyun gününün daha bir matçı isə təxirə salınıb. “Neftçi” – “Muğan” oyununun keçirilmədiyi günün hər matçında bir qol vurulub. Tovuzda qonaqlar, paytaxtda isə meydan sahibləri sevinən tərəf olublar. Qələbə qollarını isə yığma üzvləri vurublar. Bununla da Berti Foqtsun onlara nahaq yerə güvənmədiyini sübut ediblər. Mövsümdə ilk qələbəsini qazanan “Qəbələ” “Turan”ı Saşa Yunisoğlunun qolu ilə keçib. Müdafiəçi bununla ingiltərəli mütəxəssis Toni Adansın ilk qələbəsinin “memarı” olub. Tovuzlular isə qələbəsiz oyunlar seriyasını davam etdiriblər.

Son ölkə çempionu avrokuboklarda uğurla çıxış edən “Qarabağ”ı məğlub edib. Kaxaber Sxadadzenin yetirmələri Aleksandr Çertoqanovun qolu hesabına yenidən liderlərə çatıb. Bu, ağdamlıların çempionatda ilk məğlubiyyəti olub.

Unibank Premyer Liqası
V tur
11 sentyabr (şənbə)


17:00. "TURAN" - "QƏBƏLƏ" - 0:1

QOL: Saşa Yunisoğlu, 59
Hakimlər: Elçin Məmmədov, Aleksandr Musatkin, Mehman Mahmudov, Əmrah İbrahimov
Tovuz. Şəhər stadionu

19:00. "İNTER" - "QARABAĞ" - 1:0
QOL: Aleksandr Çertoqanov, 13
Hakimlər: Vüsal Əliyev, Vaqif Musayev, İlham Əliyev, Ceyhun Haşımov
Bakı. "Şəfa" stadionu

20:00. "NEFTÇI" - "MUĞAN" - 1:0
QOL: Bahodir Nasimov, 13 (p)
Hakimlər: Ramil Diniyev, Roman Vasilyev, Munis Abdullayev, Elnur Muradov
Bakı. T.Bəhramov adına Respublika stadionu

12 sentyabr (bazar)

17:00. "XƏZƏR LƏNKƏRAN" - MOİK - 3:0
QOLLAR: Dieqo Souza, 10, Uinston Parks, 19, 25
QIRMIZI VƏRƏQƏ: Fərid Həşimzadə, 63
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Azad Q. Hüseynov, Anar Salmanov
Bakı. T.İsmayılov adına Suraxanı qəsəbə stadionu

18:30. AZAL - "SIMURQ" - 2:1
QOLLAR: Qvidas Yuşka 73-p., 80 - Mikayıl Rəhimov, 90+3
QIRMIZI VƏRƏQƏ: Vüsal Qarayev, 75
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Aydın Ələkbərov, Teymur Fərhadov
Bakı. "Şəfa" stadionu

20:00. "BAKI" - "GƏNCƏ" - 1:1
QOLLAR: Dare Nibombe, 45+2 - Junivan Suares, 60
QIRMIZI VƏRƏQƏLƏR: İbrahim Karqbo, 65, Əziz Quliyev, 79
Hakimlər: Fariz Yusifov, Orxan Məmmədov, Mübariz Haşımov, Əfqan Həmzəyev
Bakı. T.Bəhramov adına Respublika stadionu

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

5

4

1

0

10-1

13

2

Xəzər Lənkəran

5

4

1

0

7-0

13

3

İnter

5

3

1

1

5-2

10

4

AZAL

5

3

1

1

7-5

10

5

Muğan

5

1

2

2

5-6

5

6

Bakı

4

1

1

2

5-6

4

7

Qarabağ

3

1

1

1

2-2

4

8

Gəncə

4

0

4

0

4-4

4

9

Qəbələ

5

1

1

3

2-5

4

10

MOİK

5

1

1

3

3-7

4

11

Turan

5

0

2

3

3-8

2

12

Simurq

5

0

2

3

4-11

2


Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 7.