Per Mertezaker Vaqif Cavadovu məhkəməyə verəcək
11.09.2010 - 11:57
Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya-Azərbaycan oyununda hücumçumuz Vaqif Cavadovun rəqibi Per Mertezakerə dirsəyi ilə vurduğu epizodla bağlı müzakirələr səngimir. Apasport.az saytının məlumatına görə, sifətindən aldığı zərbə nəticəsində almacıq və gicgah sümüyü qırılan və 12-ci dəqiqədə meydanı tərk etməli olan alman müdafiəçi məhkəməyə müraciət etmək qərarına gəlib.
“Verder” klubunun şərəfini qoruyan Mertezakeri narazı salan digər məqam isveçli baş hakim Martin Strömberqssonun epizoda biganə qalmasıdır. Vaqifinin niyə cəzalandırılmadığını başa düşmədiyini deyən Per ən azından ona sarı vərəqə göstərilməsini vacib sayır. Kor olmaq təhlükəsi ilə üzləşdiyini deyən Mertezaker bu gün Bundesliqanın III turunda “Bavariya” klubu ilə vacib səfər oyununda meydana çıxa bilməyəcək. Bu ayın sonuna kimi yaşıl meydandan kənarda qalması gözlənilən ucaboylu müdafiəçi gələn həftədən xüsusi qoruyucu maska ilə fərdi məşqlərə başlayacaq.
“Verder”in baş məşqçisi Tomas Şaaf da baş verənlərdən narahatdır: “Yaranmış vəziyyətdən həddən artıq narazıyıq. Biz çox məyusuq”. Digər mərkəz müdafiəçisi Naldonu hələ mövsümün əvvəlindən dizindəki zədə üzündən itirən Şaaf Mertezakerin tezliklə qayıdışına ümid edir.

0
0