Runinin ailəsi mətbuata müraciət edib
11.09.2010 - 13:00
Məşhur ingilis futbolçu Ueyn Runinin ailəsi Kütləvi İnformasiya Vasitələrinə müraciət edib. Apasport.az saytının məlumatına görə, onlar mətbuatdan şəxsi həyatlarını hörmət etməyi xahiş edir. Yaxınlarda Britaniya mətbuatında Ueynin həyat yoldaşı Kolinə xəyanəti etməsi ilə bağlı materiallar dərc olunub.
Bildirilir ki, “Mançester Yunayted” və yığmanın 25 yaşlı hücumçusu həyat yoldaşı hamilə olan zaman 21 yaşlı fahişə Cenni Tompsonun xidmətindən dəfələrlə istifadə edib: “Son 6 gün bizim və ailəmiz üçün çox çətin olur. İstənilən problemləri mətbuatın daimi diqtəsi altında, səhv və böhtan informasiyaların fonunda həll etmək çox ağırdır. Ona görə də biz Kütləvi İnformasiya Vasitələrindən şəxsi həyatımıza hörmət etməyi, ailəmizin şəxsi problemlərinin həllini öz öhdəmizə buraxmasını xahiş edirik”.

0
0