“Xəzər Lənkəran”ın stadionu sel altında qalıb
11.09.2010 - 14:43
Sentyabrın 9-dan yağan leysan yağışları Lənkəran şəhər stadionunu yararsız vəziyyətə salıb. Bu haqda Lent.az-a stadionun direktoru Höccət Hacıyev məlumat verib. Belə ki, Lənkəran çayının məcrasından çıxması nəticəsində stadionun inzibati binası, otel və digər binalar da daxil olmaqla, kompleks tamamilə su altında qalıb: “İki gündür ki, gecə-gündüz çalışırıq. Stadionun üzərində 10-15 santimetr qalınlığında lil-palçıq qatı yaranıb. İnzibati binamızın birinci mərtəbəsi su altındadır. Daxili qüvvələrin köməkliyi ilə vəziyyətdən çıxmağa çalışırıq”.
Höccət Hacıyev onu da qeyd etdi ki, tezliklə stadionu normal vəziyyətə gətirməyə çalışacaqlar: “Əgər lil-palçıq qatını tezliklə təmizləmək mümkün olmasa, stadionun ot örtüyü yararsız vəziyyətə düşəcək. Biz çalışacağıq ki, sentyabrın 25-dən etibarən “Xəzər-Lənkəran” rəqiblərini burada qəbul etsin. Amma əvvəlcədən heç nəyi əminliklə söyləyə bilmərəm”.
Qeyd edək ki, Lənkəran şəhər stadionunda qış mövsümünə hazırlıq işləri səbəbindən “Xəzər-Lənkəran”ın sentyabrın 12-də MOİK-lə oyunu Bakıda keçiriləcək.

- “Mançester Yunayted”dən yeni rekord
- Hacıosmanoğlu “Qalatasaray” – “Samsunspor” oyunundakı epizod barədə: "Qəbul edirəm"
- TFF prezidentindən derbi açıqlaması: "Etiraz etməli olan tərəf "Fənərbaxça"dır"
- “Fənərbaxça” və “Samsunspor”un Avropa oyunlarını idarə edəcək hakimlər açıqlanıb
- Elçin Məsiyev UEFA Avropa Liqasının oyununa təyinat alıb
0
0