Yağış liderə “istirahət” qazandırdı
11.09.2010 - 17:45
Yağış liderə “istirahət” qazandırdı
Unibank Premyer Liqasında daha bir oyun təxirə salınıb. Apasport.az saytının məlumatına görə, bu dəfə çempionatın lideri “Neftçi” məcburi “istirahət” etməli olacaq. Bakılıların V turda “Muğan”la bu gün keçirməli olduğu görüş baş tutmayacaq. Buna paytaxtda yağan güclü yağış səbəb olub. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun təxminən 1 aydan sonra – oktyabrın 12-də Azərbaycan milli a komandasının oyununu da qəbul edəcəyini nəzərə alan PFL matçı təxirə salıb. Qurum liderin “Muğan”la qarşılaşmasının sentyabrın 14-də keçirilməsinə qərar verib.

Qeyd edək ki, bu gün keçirilməli olan “Neftçi” – “Muğan” matçı saat 20:00-da başlamalı idi.