Azərbaycan çempionatının bir oyununda iki avtoqol
11.09.2010 - 19:26
Azərbaycan çempionatının bir oyununda iki avtoqol
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında V turun 2 oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, paytaxtda baş tutan hər iki matçda böyük hesab qeydə alınıb. AZAL “Simurq”u, “Bakı” isə “Gəncə”ni paytaxtdan əliboş yola salıb. Hər iki görüşdə qapılara 5 top vurulub. Qonaqlar bu 10 topdan yalnız birinə seviniblər. Buna nail olan “Gəncə” daha iki dəfə öz qapısına qol vurub.

Qeyd edək ki, turun "Xəzər Lənkəran" - MOİK qarşılaşması güclü yağış səbəbindən baş tutmayıb.

V tur, 11 sentyabr

AZAL - "Simurq" - 5:0
Elgün Abbaslı, 20; 86; Sahib Muxtarov, 45; 56; Orxan Səfiyaroğlu, 54

"Bakı" - "Gəncə" - 4:1
Orxan Məmmədov, 37-öz qap;s;na; Təbriz Hüseynli, 40-öz qapısına; Emin Cəfərquliyev, 63; Nurlan Novruzov, 87 - Elçin Seyidov, 88

1 "İnter" 5 4 0 1 9-5 12
2 "Turan" 5 4 0 1 7-3 12
3 "Bakı" 5 3 1 1 8-3 10
4 AZAL 5 3 1 1 8-2 10
5 "Neftçi" 5 3 0 2 13-7 9
6 "Qəbələ" 5 2 1 2 9-8 7
7 MOİK 4 2 1 1 5-3 7
8 "Qarabağ" 5 2 0 3 5-7 6
9 "Muğan" 5 2 0 3 5-7 6
10 "Gəncə" 5 1 0 4 7-10 3
11 "Xəzər Lənkəran" 4 1 0 3 2-7 3
12 "Simurq" 5 0 0 5 2-18 0