Qurban Qurbanov: Altı oyunçumuz eyni vaxtda səhv etdi
11.09.2010 - 20:20
“Maraqlı oyun oldu. Meydanda mübarizənin şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
38 yaşlı mütəxəssis Unibank Premyer Liqasının V turunun “İnter”lə görüşündən sonra təşkil olunan mətbuat konfransında məğlubiyyətin səbəbini belə izah edib: “Kobud səhvdən qol buraxdıq. Altı oyunçumuz eyni vaxtda səhv etdi. Bu məğlubiyyət komanda üçün qələbədən faydalı olacaq. Rəşadın gedişində sonra müdafiədə problem yaranıb”.
Qeyd edək ki, “İnter” “Qarabağ”ı Aleksandr Çertoqanovun qolu ilə məğlub edib – 1:0.

0
0