“İnter”in məşqçisi: Erkən qol vurmaq istəyimizə nail olduq
11.09.2010 - 20:31
“Qarabağ”ın gücünü avrokuboklarda görmüşük. Güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter” klubunun məşqçisi Giorgi Çixradze deyib.
Baş məşqçi Kaxaber Sxadadze cəzalı olduğu üçün komandanı Unibank Premyer Liqasının V turunun “Qarabağ”la oyununa çıxaran çalışdırıcı matçdan sonra keçirilən mətbuat konfransında qələbənin sirrini açıb: “Erkən qol vurmaq istəyirdik. Buna nail olandan sonra hesabı qoruduq. Qələbə qazanmaq vacib idi. Uşaqları təbrik edirəm. Verilən tapşırıqları yerinə yetirdilər”.
Qeyd edək ki, “İnter” “Qarabağ” üzərindəki minimal hesablı qələbə sayəsində liderlərə çatıb.

0
0