Ballak yenə zədələndi
11.09.2010 - 23:27
Ballak yenə zədələndi
Almaniya milli komandasının futbolçusu Mixael Ballak zədələnib. Apasport.az saytının məlumatına görə, Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Bundestimin kapitanı ölkə çempionatının matçında xəsarət alıb. 34 yaşlı yarımmüdafiəçi bu yay keçdiyi “Bayer”in “Hannover”lə görüşü zamanı erkən əvəzlənib. Zədələnən Ballak 2:2 hesabı ilə nəticələnən qarşılaşmanı artıq fasiləyə kimi meydanı tərk edib. Onun meydana nə vaxt dönəcəyi müayinədən sonra müəyyənləşəcək.

Qeyd edək ki, əvvəlki zədəsini yeni sağaldan Mixael formasını hələ tam bərpa etmədiyi üçün sentyabrın 7-də millimizlə oyunda da iştirak etməmişdi.
0