Toni Adams millimizin oyunçularından razı qalıb
12.09.2010 - 10:37
Toni Adams millimizin oyunçularından razı qalıb
“Turan”la oyunumuzun nəticəsi ədalətli oldu. Son 3 qarşılaşmada oyunumuz həqiqətən də yaxşılaşıb”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

O, Unibank Premyer Liqasının V turu çərçivəsində keçirilən “Turan” – “Qəbələ” oyununda meydana çıxan milli üzvlərinin oyununu yüksək dəyərləndirib. İngiltərəli mütəxəssis yığmadan yorğun dönməsinə baxmayaraq qələbə qolunu vuran Saşa Yunisoğludan razı qalıb: “Nodar Məmmədov milli komandadan yorğun qayıtmışdı. Albaniya və Belarus milli komandalarına qarşı 90 dəqiqə oynamışdı. Onu 1 saat oynatmaq fikrim var idi. Ancaq iş elə gətirdi ki, onun çıxışı məni qane etdi və gec əvəz etdim. Saşaya gəlincə, Almaniya millisinə qarşı 57 dəqiqə oynamışdı. Bir az zədəsi var idi. Özü oynamaq istədiyini bildirmişdi. Mən də oynatdım”.

Qeyd edək ki, Saşa əsas, Nodar 21 yaşadək futbolçulardan ibarət yığmamızın oyunçusudur.
0