“Hakim penalti verə bilərdi”
12.09.2010 - 10:51
“Oyunun sonlarına yaxın bir epizod oldu. Hansı ki, həmin epizodda hakim penalti verə bilərdi. Ancaq vermədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Turan” klubunun baş məşqçisi Sakit Alıyev deyib.
O, Unibank Premyer Liqasının V turunun “Qəbələ” ilə oyunundakı hakimlikdən narazı qalıb: “Əsas yan xətt hakimi penaltini vermədi. Çünki həmin epizodu tam aydın görürdü”.
Alıyev 0:1 hesablı məğlubiyyətdə hakimlə yanaşı öz oyunçularını da günahkar sayır: “Qəbələ” ilə oyun bizə çox vacib idi. Yaxşı hazırlaşmışdıq. Hər iki hissədə hücum futbolu nümayiş etdirdik. Qol imkanlarımız da oldu, ancaq təəssüf ki, istifadə edə bilmədik. Artıq neçənci dəfədir ki, müdafiə xəttimiz standart vəziyyətdən qol buraxır. Yenə də həmin şey təkrar olundu. 90 dəqiqə ərzində rəqibin cəmi bir qol imkanı oldu, ondan da istifadə etdi. Standart vəziyyətlərdə futbolçulara birə-bir oynamağı tapşırmışdım. Ancaq qol epizodunda 2-3 futbolçu nəzarətsiz qalmışdı. Onlardan da biri qol vurdu”.

- Pereyra Avropanın diqqət mərkəzində: “Fənərbaxça” və “Qalatasaray” da mübarizəyə qoşuldu
- “Bavariya” qələbə qazandı, 17 yaşlı futbolçusu tarixə düşdü
- “İnter”ə ağır zərbə: Hakan Çalhanoğlu "Liverpul"la matçda zədələndi
- Okan Buruk üsyan etdi: "Zədələnməyən bir qapıçımız qalmışdı"
- Messidən daha bir rekord - TARİXDƏ İLK DƏFƏ
0
0