Azərbaycan çempionunun oyunlarının vaxtı dəqiqləşdi
12.09.2010 - 17:19
Futzal üzrə UEFA kubokunda ölkəmizi təmsil edəcək “Araz”ın keçirəcəyi yoldaşlıq oyunlarının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, son ölkə çempionunun Gürcüstan təmsilçisi “İberiya” ilə hər iki oyun Bakı İdman Sarayında keçiriləcək. Sentyabrın 13-dəki matç saat 17:00-da, ertəsi isə saat 16:00-da başlayacaq.
Qeyd edək ki, UEFA kubokunun bürünc mükafatçısı olan Naxçıvan təmsilçisi cari mövsümdə 3-cü qrupda “Nikars” (Latviya), City US Targu Mureş (Rumıniya) və “Sportinq” (İrlandiya) komandaları ilə qarşılaşacaq. Qrupun oyunları sentyabrın 25-dən oktyabrın 3-dək Rumıniyada keçiriləcək.

- Salah matçın ən yaxşısı seçildi - Misir 1/8 finala yüksəldi
- Alfaro Fransanı tufana bənzətdi - “İldırımdan necə qorunacağımızı tapmalıyıq”
- Fatih Tekke Buaddiyə heyran qaldı - Qiymətini görüb zarafata saldı
- UEFA-dan yeni qərar - Ağzını bağlayan futbolçu qırmızı almayacaq
- Onana yenidən Türkiyə klubunda - “Mançester Yunayted” açıqladı
0
0