Mirça Rednik: İmkanlardan istifadə edə bilmədik
12.09.2010 - 20:15
"Komandamız bu gün qalib gəldi, lakin iki ayrı hissə keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.
Rumıniyalı mütəxəssis Unibank Premyer Liqasının V turunun MOİK-lə qarşılaşmasından sonra təşkil olunan mətbuat konfransında matçla bağlı fikirlərini açıqlayıb. Rednik yetirmələrinin 3:0 hesablı qələbəsinə baxmayaraq boşa verilən imkanlardan narazı qalıb: “İlk hissədə üç qol vursaq da, ikinci hissədə əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Meydanın durumu çox da yaxşı deyildi. Növbəti turda qarşılaşacağımız "Muğan"la oyuna daha ciddi hazırlaşacağıq. Uinston Parksın komandaya daha tez uyğunlaşdığını olduğunu qeyd etmək istərdim".
Qeyd edək ki, lənkəranlıların 3 cavabsız top vurduğu matçda Parks iki dəfə fərqlənib.

0
0