Ramil Əliyev: Oyunumuz alınmadı
12.09.2010 - 20:23
Ramil Əliyev: Oyunumuz alınmadı
"Əvvəlki oyunlarda olduğu kimi yaxşı çıxış etmək istəyirdik, lakin bu gün oyunumuz alınmadı, məğlub olduq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Gənc çalışdırıcı yetirmələrinin Unibank Premyer liqasının V turundakı oyunundan narazı qalıb. Əliyev “Xəzər Lənkəran”la qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında böyük hesablı məğlubiyyəti itkilərlə izah edib: “Heyətlə bağlı problemlərimiz var idi. Cəza və zədə səbəbindən 3 oyunçumuz bu qarşılaşmada iştirak etmirdi. Bu da oyunumuza öz təsirini göstərdi. Əvəzedici heyətdən 2 futbolçu götürmək məcburiyyətində qaldıq. "Xəzər Lənkəran" komandasına uğurlar arzu edirəm".

Qeyd edək ki, MOİK “Xəzər Lənkəran”la matçda 0:3 hesabı ilə uduzub.