“Komandamızın oyunu getdikcə yaxşılaşır”
12.09.2010 - 21:38
“Komandamızın oyunu getdikcə yaxşılaşır”
"AZAL komandasını qələbə münasibəti ilə təbrik edirəm. Nazim Süleymanov Azərbaycanın ən məşhur futbolçularından olub. Çox gözəl də komanda qurub”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis Unibank premyer Liqasının V turunun AZAL-la oyunundan trazı qalıb. Hacıyevski qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, komandası 1:2 hesabı ilə uduzsa da oyun planında irəliləyiş var: “Komandamız ilk qolu penaltidən buraxdı, ardından da ikinci qolu qapımızda gördük. Oyunun son 15 dəqiqəsini rəqib azlıqda qalsa da, bu üstünlükdən yararlana bilmədik. Komandamızın oyunu getdikcə yaxşılaşır. Fikrimcə zaman keçdikcə daha da yaxşı oynayıb, turnir cədvəlində irəliləyəcəyik".

Qeyd edək ki, Hacıyevski “Bakı”da çalışdığı vaxt Azərbaycan çempionu titulunu qazanıb.

Mənbə: pfl.az
0