Mahir Şükürov “Anji”yə lazım olmadı
12.09.2010 - 22:05
Mahir Şükürov “Anji”yə lazım olmadı
Rusiya Premyer Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə. Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi “Anji” klubu “Rostov”un qonağı olub. Mahaçqala təmsilçisi səfər oyunundan minimal hesablı məğlubiyyətlə ayrılıb – 0:1. 28 yaşlı müdafiəçimiz bu görüşdə heç “18-liy”ə də düşməyib.

Bu da, müəyyən mənada onun yığmanın düşərgəsindən qayıtması ilə bağlıdır. Belə ki, millilərin düşərgəsinə yollanan digər “Anji”li futbolçular da start heyətindən kənar qalıblar. Lakin Nukri Revişvili (Gürcüstan), Nikolay Josan (Moldova) və Oskar Klyava (Latviya) ehtiyat oyunçular skamyasında olublar ki, moldovalı sonradan meydana da çıxıb.

Qeyd edək ki, Almaniyaya 1:6 hesabı ilə uduzan yığmamızın digər futbolçusu Rəşad Sadıqov da “Əskişəhərspor”un heyətində Türkiyə çempionatı matçına çıxmamışdı.
0