Fuad İsmayılov: Qalib gəlməli oyun idi
12.09.2010 - 23:00
Fuad İsmayılov: Qalib gəlməli oyun idi
"Bu oyunun çox çətin keçəcəyini bilirdik. "Bakı" çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Gəncə" klubunun baş məşqçisi Fuad İsmayılov deyib.

O, Unibank Premyer Liqasının V turunun “Bakı” ilə oyununun nəticəsindən narazı qalıb. İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında heç-heçəni iki xal itkisi kimi dəyərləndirib: “Oyuna yaxşı köklənmişdik. Lakin idman xoşbəxtliyi bizim tərəfimizdə deyildi. Qalib gəlməli olduğumuz oyun idi. Heç-heçəyə baxmayaraq, futbolçularımı təbrik edirəm".

Qeyd edək ki, gəncəlilər say üstünlüyündən yararlana bilməyərək 9 nəfərlə qalan rəqiblə heç-heçə edib – 1:1.

Mənbə: pfl.az