Zaqatalada prinsipial görüş, Gəncədə Qərb derbisi, “Böyük oyun”a itkisiz yollanaq
17.09.2010 - 12:47
Sabah Unibank Premyer Liqasında VI tura start veriləcək. Apasport.az saytının məlumatına görə, çempionatda ikihakimiyyətliliyi təşkil edən “Neftçi” ilə “Xəzər Lənkəran” səfər oyunlarına çıxacaq.
Əslində “ağ-qaralar”ı MOİK-lə görüşdə nominal qonaqlar saymaq olar. Çünki Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun ot örtüyü yararsız vəziyyətdə olduğu üçün ordu klubu rəqibini onun arenasında qəbul edəcək. MOİK mövsümə pis başlamasa da, “Neftçi”yə növbəti qələbəsini qazanmaq elə çətin olmamalıdır. Hər halda, “Xəzər Lənkəran” ötən tur Bakıda “hərbçilər”i artıq ilk hissədə vurduğu üç qolla böyük hesabla yendi - 3:0. Lənkəranlılar isə son turda “Neftçi”nin evdə 1:0 hesabı ilə məğlub etdiyi “Muğan”ın qonağı olacaq. Liderlərin növbəti həftə öz aralarında “Böyük oyuna” çıxacağını nəzərə alsaq, böyük səbirsizliklə gözlənilən həmin derbi matça xal itkisiz çıxmaları zəruridir.
Gəncədə 4 illik fasilədən sonra Qərb derbisi olacaq. Cari mövsümdə güclülər dəstəsinə qayıdan “Gəncə” vaxtilə mükafatlar uğrunda əsas rəqiblərindən olan “Turan”ı qonaq edəcək. Hər iki komanda qələbə üzünə həsrət qalsa da, gəncəlilər liderlər “Neftçi” və “Xəzər Lənkəran” kimi uduzmamağı ilə öyünə bilər. Hər 4 oyununda 1:1 hesablı heç-heçə edən “Gəncə” bu seriyaya son qoyub, ilk qələbəsini “qonşu”su üzərində qazanmağa çalışacaq.
Mövsümə uğursuz başlayan, ilk qələbəsini son turda qazanan “Qəbələ”ni evdə çətin sınaq gözləyir. Məşhur Toni Adamsın baş məşqçisi komanda son çempion “İnter”ə gücünü göstərməlidir. Qəbələlilər evdə hələ qələbə qazanmadığı halda, “bankirlər” səfərdə məğlubedilməzdir. Bu komandalar arasında görüşün əvvəl olduğu kimi, maraqlı keçəcəyi gözlənilir.
Turun ən prinsipial görüşünün Zaqatalada olacağını desək, yanılmarıq. Hər halda, “Simurq”un baş məşqçisi Qyoko Hacıyevski ona çox yaxşı tanış komanda - “Bakı” ilə üzləşəcək. Ölkəmizdə fəaliyyətinə 2007-ci ilin sentyabrında “Bakı”nın sükanı arxasında başlayan makedoniyalı mütəxəssis 2008/09 mövsümündə komandanı çempion etdi, Çempionlar Liqasında mərhələ adlatdı. Qısa müddətdə yığmamıza da rəhbərlik edən Hacıyevski ötən il sentyabrında bakılılarla yollarını ayırdı. İndi daha çox gənc, təcrübəsi az futbolçulardan ibarət “Simurq”u çalışdıran Hacıyevski turnir cədvəlində son pillədə gedən komandanın başındadır. Heyət baxımdan rəqibindən qat-qat güclü olan “Bakı” cütün aşkar favoritdir və inamlı qələbə qazanmalıdır. Düzdür, heyətində zədəli və cəzalı futbolçuları olan “zolaqlılar” səfərə itkilərlə çıxmalı olacaq.
“Qarabağ” - AZAL oyununu turun mərkəzi görüşü saymaq olar. Vaxtilə yığmamızın bombardirləri, kapitanları olan veteran hücumçular - Nazim Süleymanovla Qurban Qurbanov bu dəfə baş məşqçi kimi rəqib olacaq. Mövsümə yaxşı başlayan AZAL nəyə qadir olduğunu avrokuboklarda son iki ildə ən yaxşı təmsilçimizlə görüşdə göstərməlidir. “Qarabağ” isə ötən tur “İnter”ə məğlubiyyəti təhlil edərək, növbəti oyununa ciddi hazırlaşır. İndi ağdamlılar doğma komandalarından daxili yarışlarda da inamlı çıxış gözləyir.
Unibank Premyer Liqası
VI tur
18 sentyabr
17:00. “Muğan” – “Xəzər-Lənkəran”
Hakimlər: Anar Salmanov, Elman Musayev, Elşən Acalov, Fuad Həsənov
Salyan. Olimpiya İdman Kompleksinin stadionu
17:00. “Gəncə” - “Turan”
Hakimlər: Vüsal Əliyev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Gəncə. Şəhər stadionu
19:00. MOİK – “Neftçi”
Hakimlər: Ceyhun Haşımov, Aydın Ələkbərov, Elşən Durmuşov, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
19 sentyabr
17:00. “Qəbələ” – “İnter”
Hakimlər: Elnur Muradov, Munis Abdullayev, Vaqif Musayev, Əmrah İbrahimov
Qəbələ. Şəhər stadionunun ehtiyat meydançası
17:00. “Simurq” – “Bakı”
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, İlham Əliyev, Ramil Diniyev
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
17:10. “Qarabağ” – AZAL
Hakimlər: Rövşən Əhmədov, Samir Hacıyev, Azad Q. Hüseynov, Alik Yunusov

Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 7.
Mehman SÜLEYMANOV

| Komanda | O | Q | H | M | Qollar | Xallar |
1 | Neftçi | 5 | 4 | 1 | 0 | 10-1 | 13 |
2 | Xəzər Lənkəran | 5 | 4 | 1 | 0 | 7-0 | 13 |
3 | İnter | 5 | 3 | 1 | 1 | 5-2 | 10 |
4 | AZAL | 5 | 3 | 1 | 1 | 7-5 | 10 |
5 | Muğan | 5 | 1 | 2 | 2 | 5-6 | 5 |
6 | Bakı | 4 | 1 | 1 | 2 | 5-6 | 4 |
7 | Qarabağ | 3 | 1 | 1 | 1 | 2-2 | 4 |
8 | Gəncə | 4 | 0 | 4 | 0 | 4-4 | 4 |
9 | Qəbələ | 5 | 1 | 1 | 3 | 2-5 | 4 |
10 | MOİK | 5 | 1 | 1 | 3 | 3-7 | 4 |
11 | Turan | 5 | 0 | 2 | 3 | 3-8 | 2 |
12 | Simurq | 5 | 0 | 2 | 3 | 4-11 | 2 |

0
0