Mahmud Qurbanov: “Simurq”un gəncləri bizə qarşı özlərini göstərməyə çalışacaq
17.09.2010 - 13:19
“Simurq”la görüşün asan oyun olacağını düşünmürəm. Bu komandaya səfərdə qalib gəlməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun yarımmüdafiəçisi Mahmud Qurbanov deyib. 10 dəfə çempionluq qazanmaqla ölkənin ən titullu futbolçusu olan Mahmud autsayderlər qrupunda yer alan “Simurq”un asan yeniləcək rəqib olmadığını vurğulayıb. Mövsümün arxada qalan 4 oyununda cəmi 4 xal topladıqlarını qeyd edən “Professor” ləqəbli təcrübəli oyunçu bunun heç də yaxşı hal olmadığını vurğulayıb: “Çox xal itirmişik. 4 oyundan 4 xal toplamağımız çempionluq uğrunda mübarizə aparan komandamız üçün yaxşı nəticə deyil. Düzdür, qarşıda çox oyunlar var”.
Sentyabrın 19-da görüşəcəkləri “Simurq”un gənclərdən təşkil edildiyinə də toxunan Qurbanov buna görə hansısa arxayınlaşmanın olmadığını bildirib: “Arxayınçılıq olmayacaq. Gənclər bizə qarşı özlərini göstərməyə çalışacaqlar. 90 dəqiqə oynayacaqlar. Baş məşqçi Qyoko Hacıyevskini də yaxşı tanıyıram. Oynatdığı futbola bələdəm. Ancaq bizdə təcrübəli futbolçular çoxdur. Rəqibin heyətində isə gənc, amma təcrübəsiz oyunçular üstünlük təşkil edir”.

0
0