Jaba: Komandada problemlər var
17.09.2010 - 13:54
Jaba: Komandada problemlər var
“Gəncə” ilə oyunda çox pis oynadıq. Komandanın niyə belə oynadığına baş məşqçi cavab verə bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Jaba deyib.

Ötən həftə doğma meydanda “Gəncə” ilə heç-heçə edən paytaxt təmsilçisinin braziliyalı hücumçusu qol epizodu yarada bilmədiklərindən şikayətlənib: “Mən hücumçuyam. Gərək qol epizodu yaradılsın, cərimə meydançasına asma edilsin, hücumçu topla təmin edilsin ki, mən də qol vurum. Ancaq “Gəncə” ilə oyunda bunların heç biri olmadı. Komandada problemlər var. Amma səbəbini bilmirəm”.

Buna baxmayaraq, Jaba Unibank Premyer Liqasının VI turunun “Simurq”la oyunun fərqli keçəcəyini düşünür. O, bu qarşılaşmada uğursuz oyunlar seriyasına son qoyacaqlarına inandığını bildirib: “Simurq”la oyun tam fərqli olacaq. Biz ancaq 3 xal haqqında düşünürük. Buna nail olacağımıza şübhə etmirəm”.

Qeyd edək ki, “Simurq” - “Bakı” oyunu sentyabrın 19-da keçiriləcək.