İngiltərə Premyer Liqa klubu Berti Foqtsu baş məşqçi postuna gətirir
17.09.2010 - 15:06
İngiltərə Premyer Liqa klubu Berti Foqtsu baş məşqçi postuna gətirir
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, Londonun “Vest Hem” klubu yığmamızın 64 yaşlı almaniyalı çalışdırıcısının xidmətində maraqlıdır. Mövsümə uğursuz başlayan paytaxt təmsilçisi keçirdiyi 4 oyunun hamısında uduzub, 2 qol vurub, 12 top buraxıb və turnir cədvəlinin sonunda qərarlaşıb.

İngilis həmkarlarımızın etibarlı mənbədən əldə etdiyi məlumata görə, “Vest Hem” israilli baş məşqçi Avraam Qrantı istefaya göndərərək baş məşqçi postuna Foqtsu gətirmək niyyətindədir.

Qeyd edək ki, Foqtsun AFFA ilə bağladığı müqavilə 2011-ci ilin sonunda başa çatır.