Bukmekerlər Rəşad Sadıqovun oynayacağına inanır
17.09.2010 - 15:45
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu Türkiyənin “Əskişəhərspor” klubu sabah Superliqada növbəti oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçimiz komandasının səfər qarşılaşmasında iştirak etmək üçün Əskişəhəri tərk edib.
Türkiyə təmsilçisinin baş məşqçisi V turun “Sivasspor”la qarşılaşmasında güvənə biləcəyi 19 futbolçunu səfərə aparıb. “Əskişəhərspor”un son transferləri Rəşad və makedoniyalı Agim İbraimi də bu siyahıda yer alıb. Sivasa yollanan oyunçulardan yalnız birinin “18-lik”dən kənar qalacağını nəzərə alsaq, Sadıqovun adının matçın protokoluna daxil ediləcəyi inandırıcı görünür.
Qonşu ölkənin bukmeker saytları isə “Sivasspor” - “Əskişəhərspor” matçında meydana çıxacaq “11-lik”ləri də açıqlamaq qərarına gəliblər. Proqnozsevərlərə kömək etmək üçün təxmini heyətləri müəyyənləşdirən mütəxəssislər həmyerlimizi də meydanda görür. Onların fikrincə, baş məşqçi Rza Çalımbay qapıda İvesa, müdafiədə Volkan, Sadıqov, Sezgin və Koraya güvənəcək. Orta sahədə Burhan, Doga, Pele, Tello, Sezerə bel bağlayacaq “Əskişəhərspor”un yeganə hücumçusu Batuhan olacaq.

0
0