Azərbaycan çempionu xal itkisi ilə başladı
20.09.2010 - 10:15
Futzal üzrə Azərbaycan çempionatının startı verilib. Apasport.az saytının məlumatına görə, yeni mövsümün ilk turu ölkənin iki ən güclü klubunu üz-üzə qoyub. Ardıcıl 6 ildir ki, Azərbaycan çempionu titulunu qazanan “Araz” son vitse-çempion “Neftçi” İSM ilə qarşılaşıb. Komandalar hərəyə 1 qol vuraraq meydanı “sülh”lə tərk edib. İlk turun digər matçlarında isə “Azmetko” “Tərtər”, “Ekol” “Qarabağ veteranları” üzərində qalib gəlib – müvafiq olaraq 10:2 və 5:0.
Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 24-də keçiriləcək.
Qeyd edək ki, növbəti turun oyunları sentyabrın 24-də keçiriləcək.
0
0