Ruslan Poladov: FİFA hakiminə belə idarəçilik yaraşmaz
20.09.2010 - 10:40
“Muğan”ı autsayder adlandırmaq olmaz. Bu, yaxşı komandadır”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun müdafiəçisi Ruslan Poladov deyib. Unibank Premyer Liqasının son turunda Salyanda yerli “Muğan”la qolsuz heç-heçə edən lənkəranlılar lider “Neftçi”dən 2 xal geri qaldılar. Hazırda 6 oyundan 14 xal toplayan “Xəzər Lənkəran” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Oyunlarının alınmadığından şikayətlənən Poladov heç-heçədə bəzi nüansların da rolunun olduğunu bildirib: “Hər oyuna eyni qaydada hazırlaşırıq. Sadəcə, oyunumuz alınmadı. Özümüzü toparlaya bilmədik. “Neftçi”nin MOİK-i məğlub edəcəyini bilirdik. Biz də 3 xal qazanmaq istəyirdik. Lənkərandan birbaşa oyuna gəlməyimiz, meydanın bərbad vəziyyətdə olması, eləcə də hakimliyin aşağı səviyyədə olması oyunumuza mənfi təsir göstərdi”.
Yığmanın sabiq oyunçusu xüsusilə də Anar Salmanovun yanlış qərarlar verdiyini qeyd edib: “O, Əkrəm Hodziçə ikinci sarı, ardından qırmızı vərəqə göstərməli idi. Rahidə heç nədən sarı vərəqə göstərdi. Hakim qərəzli idi. FİFA referisinə belə idarəçilik yaraşmaz. Onun “Neftçi”yə kömək etdiyini düşünmürəm. Amma belə də olmaz”.

0
0