Klub prezidenti futbolçuya rüşvət təklif etdiyinə görə tutuldu
20.09.2010 - 11:04
Klub prezidenti futbolçuya rüşvət təklif etdiyinə görə tutuldu
Yunanıstanın “Levadikos” klubunun prezidenti Yannis Kombotis həbs olunub. Apasport.az saytının məlumatına görə, prezident birinci liqada rəqibi olan “Trikal” klubunun qapıçısı Xristos Purisə rüşvət verib, onu ələ almağa cəhddə günahlandırılır.

Kombotis məhz bu komandaların oyunundan əvvəl polis tərəfindən tutulub və bu gün dindiriləcək. Puris polisə bildirib ki, ona pis oyunun müqabilində 20 min avro təklif olunub.

“Levadikos” isə yaydığı bəyanatda prezidentin ünvanına səslənən ittihamları təkzib edib: “Bu qəbulolunmaz hərəkətlər idmana qarşı böhtandır və komandamıza, onun prezidentinin reputasiyasına ziyan vurmaq məqsədi daşıyır. “Levadikos”un futbolçularından, yaxud işçilərindən heç kim rəqiblərə, iddia edildiyi kimi, rüşvət verməyə cəhd etməyib. Klub böhtan ittihamı ilə bağlı iddia qaldırmağa hazırlaşır”.