Ceyhun Sultanov baş məşqçisi ilə razılaşmadı: Yəqin, o, elə görüb, elə də deyir
20.09.2010 - 11:32
“Topu vururuq, qapıya girmir. Futbolda belə şeylər çox olur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Gəncə” klubunun futbolçusu Ceyhun Sultanov deyib. Cari mövsümdən “Gəncə”nin formasını geyinən və komandasının keçirdiyi oyunların hamısında iştirak edən təcrübəli yarımmüdafiəçi “Turan”la görüşdə (1:1) rəqibin qapıçısının daha yaxşı oynadığını bildirib: “O, çox yaxşı oynadı. Onlara demək olar ki, bu oyunda qapıçıları daha çox kömək etdi. Biz vururduq, qapıçıları topu geri qaytarırdı”.
“Gəncə”nin baş məşqçisi Fuad İsmayılov oyundan sonra keçirilən mətbuat konfransında kəsərli hücum qura bilməməklərindən şikayətlənib. Hücumçuları topla təmin edən və tez-tez hücuma qoşulan yığmamızın sabiq oyunçusu baş məşqçinin dedikləri ilə razılaşmır: “Kəsərli hücum necə qurulur? Biz vururduq, qapıçı topu geri qaytarırdı. Standart vəziyyətlərdən də imkanımız oldu, Ancaq alınmadı. Yəqin baş məşqçi elə görüb, elə də deyir”.
Sultanov II turdan təxirə salınmış “Qarabağ”la görüşdə paytaxta uduzmaq üçün gəlməyəcəklərini söyləyib: “Bakıya uduzmaq üçün getmirik. Nə bacarırıqsa, onu da oynayacağıq”.
Qeyd edək ki, “Qarabağ” – “Gəncə” oyunu sentyabrın 22-də keçiriləcək.

0
0