Mourinyo: “Real”ın yığmada işləməyimə niyə imkan vermədiyini bilmirəm
20.09.2010 - 11:53
Madridin “Real” klubu baş məşqçisi Joze Mourinyonu Portuqaliya yığmasına buraxmayıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis yığmasının Avro-2012-nin seçmə mərhələsinin oktyabrda keçiriləcək Danimarka və İslandiya ilə görüşlərdə yığmasına kömək edə bilməyəcək.
Portuqaliya Futbol Federasiyasının (PFF) rəhbərliyi bu məqsədlə Madridə gəlsələr də, “Real”dakı həmkarları ilə ünsiyyət qura bilməyiblər. “Real Sosyedad”la oyundan sonra klubun onu buraxmasının çətin məsələ olduğunu deyən Mourinyo sonradan məsələyə aydınlıq gətirib: “Mən bilmirəm, niyə “Real” yığmada işləməyimə imkan vermədi. Mən Portuqaliyanın istənilən vətəndaşı kimi yığmanın qalib gəlməsini arzulayıram. Ona kömək olsam, yalnız xoşbəxt olaram. Milli komandanın oyunları olan zamanı Madriddə praktiki olaraq işim yoxdur. Axı yığmanın bütün oyunçuları öz millilərinə gedir. Buna görə də oktyabrda 9 gün məzuniyyətim olacaq”.
“Real”ın baş direktoru Xorxe Valdano isə günahın onlarda yox, qarşı tərəfdə olduğunu deyir: “Portuqaliyalılardan heç bir rəsmi təklif olmayıb. Bu ölkənin futbol federasiyasının prezidenti sonradan Florentino Peresə Mourinyoya dəvət etmək ideyasından imtina etdiklərinə görə zəng edib. Mourinyo ona görə üzülüb ki, hər bir insan kimi öz ölkəsinə kömək etmək istəyirdi. Ancaq klub buna görə günahkar deyil”.
Qeyd edək ki, cari seçmə mərhələyə uğursuz startdan sonra Karlus Keyruşu istefaya göndərən PFF-nin rəhbərliyi yığmaya iki oyunluq baş məşqçi axtarır.

0
0