Türkiyədə çıxış edən futbolçularımız komandalarına lazım olmadılar
20.09.2010 - 12:05
Türkiyədə çıxış edən futbolçularımız komandalarına lazım olmadılar
Türkiyənin Bank Asiya I Liqasında IV turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, qardaş ölkənin klublarında çıxış edən 3 futbolçumuzun heç biri bu turda komandalarına lazım olmayıblar.

Yığmamızın sabiq üzvləri İlqar Qurbanov və Ernani Pereyranın forma geyindikləri “Mersin İdman Yurdu” “Diyarbəkirspor”la qarşılaşıb. Ötən mövsüm Super Liqada çıxış edən rəqiblə oyunda 1:0 hesabı ilə qələbə qazanan mersinlilər həmyerlilərimizin adını “18-liyə” də salmayıblar.

Heç-heçə ilə başa çatan “Kartalspor” və “Samsunspor” görüşündə isə ev sahibləri Vitali Kovalyovun köməyinə ehtiyac duymayıblar.

Qeyd edək ki, son turda məşqçilərinin bıçaqlanması səbəbindən oyunları təxirə salınan “Mersin İdman Yurdu” 3 oyundan sonra 7 xal toplayıb və 5-ci pillədə qərarlaşıb. “Kartalspor” 3 görüş keçirib və 3 xalla 9-cu yerdədir.