Araz Abdullayev Britaniya idmanının inkişafına yardım etməlidir
20.09.2010 - 12:17
Azərbaycan milli komandasının və Bakının “Neftçi” klubunun futbolçusu Araz Abdullayevin karyerasını İngiltərədə davam etdirməsində heç bir problem yoxdur.
Apasport.az saytının araşdırmalarına görə, 18 yaşlı yarımmüdafiəçinin “Everton” klubuna keçidinə Premyer Liqanın sərt qaydaları da mane ola bilməz. İngiltərə futbolunda 11 ildir mövcud olan qaydalara əsasən futbolçumuz elə gələn ilin yanvarından etibarən Premyer Liqada çıxış edə bilər. Belə ki, zəruri olan tələblər Araz üçün maneə törətmir.
1999-cu ilə qədər İngiltərə klubları dünyanın hər yerindən olan ucuz futbolçuları transfer etməklə britaniyalı gəncləri heyətinə qatmaq üçün pul xərcləmək istəmirdi. Elə bunun qarşısını almaq üçün Houm-ofis futbola tətbiq olunacaq yeni qaydalar hazırladı. Böyük Britaniyanın miqrasiya sahəsinə cavabdeh olan bu qurum ölkəyə gələn legioner futbolçular üçün bır sıra məhdudiyyətlər qoydu.
Məhdudiyyətlər Avropa İttifaqının vətəndaşı olmayan oyunçulara şamil olunur. Yəni yalnız onlar legioner kimi tələblərə cavab verməlidir. Mövcud qaydaya əsasən bu qurumun pasportunu daşımayanlar, o cümlədən Abdullayev digər tələblərdən birinə uyğun gəlməlidir.
Həmin legioner öz yığmasının son iki ildə keçirdiyi görüşlərin ən azı 75 faizində iştirak etməlidir. Gələn ilin yanvarında İngiltərəyə transfer olunacaq həmyerlimiz bu şərtə də uyğun gəlmir. Çünki 2009-cu ilin yanvarından 2011-ci ilin əvvəlinədək olan müddətdə o, yığmada çox az oynayıb. Bu dövrün arxada qalan hissəsində millimiz 20 dəfə meydana çıxıb ki, 18 yaşlı hücumçu bunların yalnız 3-nün iştirakçısı olub. Yəni Abdullayev millidə 15 faiz oyun keçirib. Lakin komandamız gələn ay Avro-2012-nin seçmə mərhələsinin Avstriya və Türkiyə, noyabrda isə Çernoqoriya ilə yoxlama oyunu keçirəcək. Araz hər 3 matçda iştirak etməklə 23 oyunda 6 dəfə meydana çıxıb bu göstəricini 26 faizə qədər yüksəldə bilər.
Lakin Araz nəinki 75, hətta 100 faizlik nəticəyə malik olsa da, bu şərt onun üçün keçərli olmayacaqdı. Çünki bu, yalnız güclü yığmaların üzvlərinə şamil olunur. Qaydalara əsasən, həmin milli son iki il ərzində FİFA reytinqində ilk 70 yerdən birində qərarlaşmalıdır. Bu siyahıda 102-ci olan millimiz isə tarixi ərzində “70-liy”ə daxil olmayıb.
Lakin ən güclü 70 yığma arasında yer almayan ölkələrin təmsilçilərinin, millidə debüt etməyən gənclərin Premyer Liqada oynaması da adi hala çevrilib. Məsələn, elə məşhur “Arsenal” klubu çoxlarının tanımadığı yeniyetmələri transfer etməklə ad çıxarıb. Elə Arazın keçidi də həmin istedadların transferi kimi mümkündür. Bu isə 11 il əvvəl qəbul olunan qaydaların sonuncu bəndi ilə gerçəkləşə bilər.
Əgər oyunçu 75 faiz və “70-lik”lə bağlı şərtlərə uyğun gəlmirsə, onu transfer etmək istəyən klub quruma xüsusi müraciət etməlidir. Həmin sənəddə göstərilməlidir ki, bu oyunçu xüsusi istedada malikdir və Böyük Britaniya idmanının yüksək səviyyədə inkişafına kifayət qədər yardım edəcək. “Everton” klubu da məhz belə müraciətlə həmyerlimizi heyətinə qata biləcək.
Qeyd edək ki, Abdullayevin transferində maraqlı olan “Everton”un meneceri ötən həftəsonu Bakıya gələrək “Neftçi” rəhbərliyi ilə danışıqlar aparıb. Tərəflər gələn ilin yanvarında gerçəkləşməli olan keçidin detallarını müzakirə edərək ilkin müqaviləni imzalayıb.
Vüqar XEYRULLAYEV

0
0