PSV-nin oyununda azərbaycanlı
20.09.2010 - 12:26
PSV-nin oyununda azərbaycanlı
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə Ukraynaya gedir. Apasport.az saytının məlumatına görə, UEFA həmyerlimizə növbəti təyinatını göndərib. Hüseynzadə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Metallist” (Xarkov, Ukrayna) – PSV (Eyndhoven, Hollandiya) oyununun UEFA nümayəndəsi olacaq. Bu matç sentyabrın 30-da Xarkov şəhərindəki “Metallist” stadionunda keçiriləcək.

Mənbə: affa.az
0