“Xəzər Lənkəran”a “Tək Yumruk”dan dəstək - FOTO
20.09.2010 - 14:19
“Qalatasaray” klubun “Tək Yumruk” azarkeş qrupu dəstəklədiyi komandaların adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, sosialist, kapitalist və anarxist dünya görüşünə sahib tərəfdarları bir araya toplayan qrup Azərbaycanda klublar arasında “Xəzər Lənkəran”a azarkeşlik edir.
Əsas şüarları “Pullu prezident deyil, centlmen prezident istəyirik”, “Bir komandanın müştərisi deyil, tərəfdarı olmaq istəyirik” və “Pul və media güclərinin arxasına sığınmış dünyanın aparıcı klublarına qarşı öz yağında qovurulan komandaları dəstəkləyirik” olan “Tək Yumruk”un yığmalar arasında da pərəstiş etdikləri var. Onlar Fransa futbolçularına qalib gəldiyi üçün Seneqal və son dünya çempionatının final mərhələsində növbəti mərhələyə yüksələn Qana milli komandalarını da dəstəkləyirlər.

0
0