Vurğun Hüseynov: Gəncədə qələbəyə layiq idik
20.09.2010 - 14:35
“Gəncəyə qələbə üçün getmişdik. 3 xal istəyirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Tovuzun “Turan” klubunun kapitanı Vurğun Hüseynov deyib.
“Gəncə” ilə oyunda itirilən 2 xala görə təəssüflənən müdafiəçi rəqibin də oyuna ciddi hazırlaşdığını düşünür: “Onlar da oyuna yaxşı hazırlaşmışdılar. “Bakı” ilə matçda da özlərini yaxşı tərəfdən göstərməyi bacarmışdılar. Maraqlı oyun alındı. Bizim qol imkanlarımız daha çox idi. Onananın qırmızı vərəqə alması qələbəni əldən verməyimizə səbəb oldu. Ancaq qələbəyə layiq idik. 2 xal itirdiyimizə görə təəssüflənirəm”.
Muammer Erdoğdunun zədə üzündən oynamamasına da toxunan müdafiəçi türkiyəli legionerin yoxluğunun hiss olunduğunu vurğulayıb: “O oynasaydı, müdafiə xətti xeyli güclü təsir bağışlayardı. Yəqin ki, qarşıdakı oyunlarda öz yerini tutacaq”.

0
0