Ruslan Abışov: “Xəzər Lənkəran”la oyunda meydana qayıtmağa hazıram
20.09.2010 - 15:01
Bakının “Neftçi” klubunun və Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov Almaniyadan qayıdıb. Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi yığmamızın Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə səfər oyunundan sonra bu ölkədə qalaraq, zədəsini sağaltmaq üçün Köln şəhərində müalicə kursu keçib.
Səfər təəssüratlarını bölüşən Ruslan müalicə prosesi və nə vaxt yaşıl meydana qayıdacağı haqda danışıb: "Kölndə yerləşən "Media Park" xəstəxanasında müalicə olunurdum. Bu xəstəxananın xidmətindən bir sıra tanınmış futbolçular da istifadə edirlər, orada müalicə alırlar. "Media Park"da mənə 4 hakim nəzarət edirdi. Gündəlik müalicə ilə yanaşı, məşqlərə də ara vermirdim. Bərpa prosesi başa çatdıqdan, tam hazır olduqdan sonra məni xəstəxanadan buraxdılar. Artıq "Neftçi"nin düşərgəsinə qoşulmuşam və komanda ilə birgə məşqlərə başlamışam. Baş məşqçimiz şans verəcəyi təqdirdə, həftəsonu "Xəzər Lənkəran"a qarşı keçiriləcək səfər matçında oynamağa hazıram".
Qeyd edək ki, sonuncu dəfə ötən ay meydana çıxan Abışov II turda “Qəbələ” ilə səfər oyununda iştirak edib.
Mənbə: neftchifc.com

0
0