Dare Nibombenin məşqçisinə üç illik həbs cəzası
20.09.2010 - 15:16
Dare Nibombenin məşqçisinə üç illik həbs cəzası
Toqo yığmasının məşqçisi Tşanile Banaya üç illik həbs cəzası kəsilib. Apasport.az saytının məlumatına görə, Bana Bəhreyn yığması ilə yoldaşlıq görüşünə “saxta komanda” çıxarmaqda əlinin olmasında günahlandırılır.

Toqo Futbol Federasiyası (TFF) FİFA-ya göndərdiyi müraciətdə insidenti araşdırmağı xahiş edib. Bu gün ilkin nəticələr açıqlanıb və məlum olub ki, Bana TFF-nin sabiq baş katibi Kodzo Salmanın imzasını saxtalaşdıraraq, Bəhreyn Futbol Federasiyasına yoldaşlıq görüşünü keçirməklə bağlı rəsmi məktub göndərib. Sonda oyun baş tutub və Bəhreyn evdə Toqoya böyük hesabla qalib gəlib - 3:0. Görüşdən sonra məlum olub ki, toqoluların heyətində tanınmayan futbolçular meydana çıxıb və onların əsl komandanın heyəti ilə heç bir bağlılığı olmayıb.

Qeyd edək ki, “Bakı”nın yayda transfer etdiyi müdafiəçi Dare Nibombe Toqo yığmasına daim çağırılır.
0