AFFA-nın vitse-prezidenti “Şöhrət ordeni”nə layiq görüldü
20.09.2010 - 15:41
AFFA-nın vitse-prezidenti “Şöhrət ordeni”nə layiq görüldü
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov “Şöhrət Ordeni”nə layiq görülüb. Apasport.az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bu gün Neftçilərin peşə bayramı münasibətilə imzaladığı sərəncamda bu sahədə çalışan bir sıra şəxsləri mükafatlandırıb. Onların arasında AFFA-da olduğu kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətində də vitse-prezident postunu tutan Nəsirov var.

2004-cü ilin yanvarından AFFA-da bu vəzifədə çalışan Nəsirov Ramiz Mirzəyevin vəfatından sonra yeni seçkilərə qədər bir müddət prezident səlahiyyətlərini icra edib. O, assosiasiyada beynəlxalq əlaqələrlə məşğuldur.