“Qarabağ” - “Gəncə” oyunu: nə vaxt, harada
20.09.2010 - 17:18
“Qarabağ” - “Gəncə” oyunu: nə vaxt, harada
Unibank Premyer Liqasında II turdan təxirə salınan “Qarabağ” – “Gəncə” oyununun başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 17:00-da start götürəcək.

Bu oyun təqvimə görə avqustun 15-də keçirilməli idi. Ancaq həmin vaxt “Qarabağ”ın Avroliqada Dortmund “Borussiya”sı ilə oyunları ilə əlaqədar görüş təxirə salınmışdı.

Qeyd edək ki, “Qarabağ” müvəqqəti olaraq ev oyunlarını Respublika stadionunda keçirməli olur.