“Gəncə” “MKT-Araz”ın rekordunu təkrarlamağa yaxındır
20.09.2010 - 17:35
“Gəncə” “MKT-Araz”ın rekordunu təkrarlamağa yaxındır
“Gəncə” klubu Azərbaycan milli çempionatları tarixində unikal göstəricini təkrarlamağa yaxındır. Apasport.az saytının məlumatına görə, 4 illik fasilədən sonra güclülər dəstəsinə qayıdan gəncəlilər son turda “Turan”la ev oyununda da 1:1 hesablı bərabərliyə qalmaqla bu nəticəni 5 dəfə təkrarlayıb. Cari mövsümdə yalnız belə heç-heçələri sıralayan Fuad İsmayılovun çalışdırdığı komanda birigün II turdan təxirə salınan oyun çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”ın qonağı olacaq.

1992-ci ildən keçirilən çempionatlarımızda ən çox ardıcıl təkrarlanan 1:0 hesabı olub. Bu rekord hazırda I divizionda çıxış edən İmişlinin “MKT-Araz” klubuna məxsusdur. Həmin vaxt ukraynalı İqor Nakoneçnının baş məşqçisi olduğu komanda ölkə kubokunu da nəzərə alsaq, dalbadal 7 oyunda bu nəticəyə imza atıb.

“MKT-Araz” klubunun milli çempionatımızda rekord göstəricisi

Azərbaycan milli çempionatı
2006/07 mövsümü

I dövrə
XI tur
9 noyabr
“İnter” – “MKT-Araz” – 0:1
Murad Ağakişiyev, 75

Azərbaycan kuboku, 1/8 final
İlk oyun

21 noyabr
“Masallı” – “MKT-Araz” – 0:1
Anatoli Doroş, 61

Cavab görüşü
“MKT-Araz” – “Masallı” – 1:0

Fabio Luis Ramim, 55

XII tur
26 noyabr
“Karvan” – “MKT-Araz” – 0:1
Camal Məmmədov, 84

XIII tur
8 dekabr
“MKT-Araz” – “Qarabağ” – 1:0
Anatoli Doroş, 29

II dövrə
XIV tur
11 fevral
“MKT-Araz” – “Şahdağ” – 1:0
Murad Ağakişiyev, 35

XV tur
16 fevral
“Gilan” – MKT-Araz – 0:1
Saşa Yunisoğlu, 75