Mahmud Qurbanova “9” lazımdır
20.09.2010 - 18:24
“Bakı” klubunun futbolçusu Mahmud Qurbanov milli çempionatlarımız tarixində göstəricisini yaxşılaşdırıb. Apasport.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi Unibank Premyer Liqasının son turunda Zaqatalanın “Simurq” klubu ilə səfər oyununun (1:1) 46-cı dəqiqəsində meydana çıxmaqla, çempionatımızda 391-ci oyununu keçirdi.
Artıq xeyli müddətdir siyahıya başçılıq edən Mahmud 400-ə çatan ilk futbolçumuz olması üçün 9 oyun lazımdır. Düzdür, Qurbanov son vaxtlar daha çox ehtiyatda qalsa da, mütləq rekorda elə cari mövsümdə çatacağı real görünür. Onun digər rekordu 10 dəfə Azərbaycan çempionu olmaqla, ən titulu futbolçumuz olmasıdır.
Mahmudun ən yaxın izləyicisi, həmyaşıdı olan Aslan Kərimov də cari mövsümdə 1 oyun keçirib. “Qarabağ”ın 37 yaşlı kapitanı indiyə kimi milli çempionatımızda 377 oyun keçirib. 3-cü yerdə gedən Kənan Kərimovun cari mövsümə “Gəncə” klubunda başlayacağı gözlənilsə də, sonda keçidi baş tutmadı. Belə olan halda, qışa kimi klubsuz qalmalı olan 34 yaşlı hücumçu güclülər dəstəsində 327 oyunda meydana çıxıb. “Gəncə”nin 34 yaşlı kapitanı Azər Məmmədovun hesabında 323 oyun olduğunu nəzərə alsaq, yaxın vaxtda Kənanı qabaqlayacaq.
Qeyd edək ki, karyerasını davam etdirənlərdən 38 yaşlı yarımmüdafiəçi Aqil Məmmədovla (360 oyun) onun 34 yaşlı həmkarı İsmayıl Məmmədov (351 oyun) Kənanla Azərdən çox oyun keçirib. Ancaq məsələ ondadır ki, onlar hazırda I divizionda çıxış etdiklərindən oyun sayları güclülər dəstəsinə şamil edilmir. “300-lüy”ə daxil olan sonuncu futbolçu - 34 yaşlı yarımmüdafiəçi Kamal Quliyev karyerasını bitirməsə də, yay transfer dövründə özünə komanda tapa bilmədi.

0
0