Millimizin rəqibi daha bir futbolçusunu itirdi
20.09.2010 - 23:40
Almaniya milli komandasının futbolçusu Ştefan Kisslinq iki ay yaşıl meydanlardan uzaq qalacaq. Apasport.az saytının məlumatına görə, vətənində “Bayer” klubunun şərəfini qoruyan yarımmüdafiəçi müayinədən keçib. Bundesliqanın “Nürnverq”lə matçında xəsarət alan Kisslinqin əzələ bağlarının qırıldığı müəyyən olub. Bu isə o deməkdir ki, Ştefan ən azı iki ay meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Kisslinqin şərəfini qoruduğu Almaniya yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqbidir.
Qeyd edək ki, Kisslinqin şərəfini qoruduğu Almaniya yığması Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqbidir.
0
0