Ölkə çempionatında qalmaqal
21.09.2010 - 08:35
Ölkə çempionatında qalmaqal
Futbol üzrə Türkiyə çempionatının V turu qalmaqalla başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son görüşü olan “Qaziantepspor” – “Bursaspor” qarşılaşması yarımçıq dayandırılıb. Buna ikinci hissənin ortalarında yaşanan özbaşınalıqlar səbəb olub. Son ölkə çempionu “Bursaspor”un 63-cü dəqiqədə vurduğu qoldan sonra “Qaziantepspor”un azarkeşləri əllərinə gələn əşyaları meydana atmağa başlayıblar. Bundan zərərçəkən isə yan xətt hakimi olub. Atılan daşlardan biri laysmana dəyib. Bunu görən baş hakim matçı dayandıraraq komandaları meydandan çıxarıb.

Qeyd edək ki, Qaziantepdə baş verənlərə Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi aydınlıq gətirəcək. İclasda meydan sahiblərinə texniki məğlubiyyət, pul cəriməsi veriləcəyi, həmçinin stadionun cəzalandırılması gözlənilir.
0