“Neftçi” klubunun sabiq qapıçısı birinci divizionda işləyəcək
21.09.2010 - 09:21
Bakının “Neftçi” klubunun sabiq qapıçısı Yuri Pereskokov özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 47 yaşlı məşqçi Rusiyanın “Dinamo” (Bryansk) klubunda çalışacaq. Pereskokov birinci divizion təmsilçisində qapıçılarla işləyən məşqçi funksiyasını yerinə yetirəcək. 1995-ci ildən çalışdırıcılıq karyerasına başlayan sabiq qapıçı Rusiyada “Lokomotiv” (Nijni Novqorod), “Norilsk Nikel”, “Çernomorets”, “Spartak” (Moskva), “Ximki”, Qazaxıstanda isə “Lokomotiv” klublarında işləyib.
Qeyd edək ki, Pereskokov 1987-ci ildə “Neftçi”nin şərəfini qoruyub.
Qeyd edək ki, Pereskokov 1987-ci ildə “Neftçi”nin şərəfini qoruyub.
0
0