“Kimisə söymək bizim mentalitetimizə ziddir”
21.09.2010 - 10:24
“Neftçi”yə qarşı oyunda gücümüzü ortaya qoyacağıq. Ümumiyyətlə, liderlərin bir-birinə qarşı oyunu həmişə gərgin keçib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın müdafiəçisi Ruslan Poladov deyib.
Sentyabrın 25-də Unibank Premyer Liqasının VII turunda “Neftçi”ni qəbul edəcək əyalət təmsilçisinin müdafiəçisi qarşıdakı görüş haqda fikirlərini açıqlayıb.
O bildirib ki, “Böyük oyuna” hazırlığını davam etdirən Cənub təmsilçisi qələbə qazanmaqla həm də turnir cədvəlinin zirvəsinə yüksəlmək istəyir: “Meydanda çox iş görən qələbə qazanacaq. Amma maksimum nəticəni biz qazanmaq istəyirik. Buna hazırıq”. Azarkeş amilinə də toxunan Poladov fanatları bir qədər diqqətli olmağa çağırıb. Onun fikrincə, stadiona təşrif buyuran azarkeşlər komandanı dəstəkləməli, daha bir-birini söyməməlidir: “Azarkeşlər stadiona gələcəklər. Onları mədəni olmağa dəvət edirəm. Yəni oyun zamanı bir-birini söyməsinlər, azarkeşlik etsinlər. Kimisə söymək bizim mentalitetimizə ziddir”.
Qeyd edək ki, “Neftçi” və “Xəzər Lənkəran” Unibank Premyer Liqasının ilk 6 turundan sonra turnir cədvəlinin ən yqksək pillələrində qərarlaşıblar.

- Eren Elmalı mərc oynadığını etiraf edib: “Beş il əvvəl…”
- “Qalatasaray”ın futbolçusu mərc qalmaqalı ilə bağlı açıqlama yayıb: DAHA DİQQƏTLİ OLACAĞAM
- “Real”ın heyətində daha bir İTKİ
- Necip Uysal: “Ömrüm boyu mərc oyunları ilə əlaqəm olmayıb”
- Türkiyədə mərc qalmaqalı: Aralarında “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları da var
0
0