Tyerri Anri qola sevindi, 2000 dollar cərimələndi
21.09.2010 - 10:38
Tyerri Anri qola sevindi, 2000 dollar cərimələndi
Məşhur fransalı futbolçu Tyerri Anri ABŞ-da ilk cəzasını alıb. Apasport.az saytının məlumatına görə, “Nyu-York Red Bulls” klubunun rəhbərliyi 33 yaşlı hücumçunu 2000 dollar cərimələyib. Buna da səbəb Anrinin komandasının qolunu bayram edən zamanı “Dallas”ın qapıçısı Kevin Hartmana zədə yetirməsidir. Anri komanda yoldaşı qol vurandan sonra fransalı qapıya tərəf qaçaraq, topu təkrar tora göndərib. Ancaq bu zaman Tyerri top əvəzinə rəqibin ayağına dəyib. Nəticədə Hartmana sağ dizindəki əzələ bağlarının qırılması diaqnozu qoyulub.
0